• Bakı 22° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

İrana dönməkdən imtina etdi

İDMAN

30 Noyabr 2024 | 10:45

İrana dönməkdən imtina etdi

İranın masaüstü tennis üzrə yeniyetmə yığmasının üzvü Baran Arcamand İsveçdən ölkəsinə dönməyib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, İsveçdə yeniyetmələr arasında masaüstü tennis üzrə dünya çempionatı keçirilib.

Bu yarışda 15 yaşlı iranlı qız da iştirak edib. O, komanda yoldaşları ilə birlikdə İrana qayıtmaq üçün İsveçdən Danimarkaya, oradan Türkiyəyə getməli imiş. Hətta, Baran Arcamand ölkəsinə qaytımaq üçün geri bileti də alınıbmış. Ancaq o, son anda Danimarka polisinə yaxınlaşaraq özünü təqdim edib və İrana qayıtmamasına yardım etmələrini istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026
06 Iyun 2026