• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu klubun loqosunu azarkeşlər seçəcək

İDMAN

29 Dekabr 2024 | 17:43

Bu klubun loqosunu azarkeşlər seçəcək

Türkiyənin "Göztəpə" futbol klubunun loqosunu azarkeşlər seçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.

İzmir komandası klubun 100 illik yubileyi münasibəti ilə loqosunu dəyişmək qərarına gəlib. Fanatlar müxtəlif şəxslər tərəfindən hazırlanmış altı emblem arasında seçim edəcəklər.

Səsvermə 48 saat davam edəcək. Qalibə 35000 TL (təxminən 1736 manat) mükafat da nəzərdə tutulub.

Qeyd edək ki, "Göztəpə" klubu 1925-ci il iyunun 14-də qurulub. Komanda hazırda Superliqada 28 xalla 4-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026