• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İranda "iPhone" qadağası: 900 milyon dollar...

DÜNYA

03 Sentyabr 2024 | 15:38 | Müəllif: Əli Hüseynov

İranda "iPhone" qadağası: 900 milyon dollar...

İranda "iPhone" cib telefonlarının idxalına qadağa qoyulması səbəbiylə ortaya çıxan qaçaqmalçılıq üsullarından ölkənin təxminən 900 milyon dollar zərər çəkdiyi bildirilib.

Bakıvaxtı.az bu barədə İSNA-ya istinadla xəbər verir.

Bildirilib ki, İranın Mobil Telefon İxracatçıları Assosiasiyasının prezidenti Əbdülmehdi Əsədi verdiyi açıqlamada iPhone 14 və 15 model telefonların rəsmi qeydiyyata alınmamasının ölkəyə yüz milyonlarla dollar zərər vurduğunu bildirib.

O, qeyd edib ki, “iPhone" idxalına qadağa qoyulması və ölkənin valyutasının idarə edilməsi kimi hədəflərə çata bilməməsi ilə yanaşı, son iki ildə təxminən 900 milyon dollar xarici valyuta itirilib.

Əsədi Rabitə Nazirliyi və Sənaye Nazirliyi qadağanın aradan qaldırılması üçün iş aparıldığını diqqətə çatdırıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026