• Bakı C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

İşlənmiş avtomobil alanları belə aldadırlar - VİDEO

İQTİSADİYYAT

14 Fevral 2025 | 03:25

İşlənmiş avtomobil alanları belə aldadırlar - VİDEO

Xaricdən avtomobil gətirənlərin sayı artdıqca aldadılma halları da çoxalır. Üstəlik bu dəfə daha peşəkar və inandırıcı üsullardan istifadə olunur.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xarici bazarlardan nəqliyyat vasitəsi alarkən şəxslər əsasən onun yürüş məsafəsinə diqqət edirlər.  Adətən alış və çatdırılma işini vasitəçi şirkətlər edirlər ki, onların da bəziləri sifarişçini aldatmaq məqsədilə müxtəlif üsullara əl atırlar.

Onun sözlərinə görə, bəzi şəxslər avtomobili kosmetik cəhətdən yeniləyib,bəzi detallarını dəyişməklə alıcını tamamilə  inandırmağa nail olurlar. Ancaq peşəkar mühərrik ustaları və dəmirçilər avtomobilə baxış keçirən zaman onun yaşını müəyyənləşdirə bilirlər.  

Usta onu da əlavə etdi ki, xaricdən avtomobil gətirmək istəyən şəxslər inandıqları ustalara və peşəkar servis xidmətlərinə müraciət edə bilərlər. Əgər nəqliyyat vasitəsi alqı-satqı edilərək, şəxsin adına sənədləşdirilirsə, ortaya çıxan problemlərin həlli də  alıcının öz üzərinə düşəcək. Bu da ucuz avtomobil almaq arzusunun baha başa gəlməsinə səbəb olur. 

Daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

18 Fevral 2025