• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İsrail 35 il öncə itkin düşən pilotun axtarışına başladı

DÜNYA

06 Oktyabr 2021 | 19:43 | Müəllif: Subhan Mahmudov

İsrail 35 il öncə itkin düşən pilotun axtarışına başladı

İsrail 1986-cı ildə Livanda keçirdiyi əməliyyat zamanı itkin düşən pilot Ron Aradın axtarışına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin "Kanal 12" televiziyası məlumat yayıb.

Bildirilib ki, İsrailin axtarış əməliyyatı bir neçə ölkəni əhatə edib.

Əməliyyat çərçivəsində əhəmiyyətli məlumatların əldə edildiyi qeyd olunub:

"Bu məlumatlar işığında təşkil edilən əməliyyatlar bizi pilot Aradın başına gələnləri öyrənməyə daha da yaxınlaşdıracaq".

Qeyd edək ki, 35 il öncə israilli pilotun olduğu təyyarə Livanda qəzaya uğramış, pilot isə itkin düşmüşdü.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR