• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraildən Livana zərbə: 4 ölü, 51 yaralı...

DÜNYA

28 Aprel 2026 | 07:49 | Müəllif: Ayyət Əhməd

İsraildən Livana zərbə: 4 ölü, 51 yaralı...

Livanın cənubunda İsrailin həyata keçirdiyi hava zərbələri insan tələfatına səbəb olub. Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrail tərəfindən Livanın cənubuna endirilən zərbələr nəticəsində azı 4 nəfər həyatını itirib. Ölənlər arasında bir qadının olduğu vurğulanır. Nazirlikdən bildirilib ki, hücumlar nəticəsində 51 nəfər yaralanıb, onların arasında üç uşaq da var. İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasına rəğmən bölgədə vəziyyət gərgin olaraq qalır.

“Agence France-Presse” (AFP) agentliyinin məlumatına əsasən, aprelin 17-dən qüvvədə olan kövrək atəşkəs dövründə İsrail zərbələri nəticəsində Livanda azı 40 nəfər həlak olub. Ölənlərin böyük hissəsi mülki şəxslərdir.

Hazırda hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi və vəziyyətin monitorinqi davam edir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026