• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İstanbulda “Stratcom 23” sammiti keçirilib - FOTOLAR

CƏMİYYƏT

28 Noyabr 2023 | 16:05

İstanbulda “Stratcom 23” sammiti keçirilib - FOTOLAR

Noyabrın 24-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 23” keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Bu il “Hibrid təhlükələr ilə qlobal mübarizə: sabitlik, təhlükəsizlik, həmrəylik” mövzusunda keçirilən tədbirin açılış mərasimində əvvəlcə Birləşmiş Millətlər Təşkilatının qlobal kommunikasiyalar üzrə Baş katibinin müşaviri Melissa Fleminqin videomesajı yayımlanıb. Mesajda hazırda dünyada sözlərin silahlarla əvəz edildiyi, bunun gərginlikləri artırmaq üçün istifadə olunduğu bildirilir.

Açılış mərasimində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, xarici işlər naziri Hakan Fidan çıxış ediblər.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sammit iştirakçılarına videomüraciəti səsləndirilib.

“Son vaxtlar baş verən kritik hadisələrin bizə xatırlatdığı ən mühüm məsələ strateji ünsiyyətin əhəmiyyətidir. Müharibə, qarşıdurma, hücum və müdafiənin təkcə cəbhədə olmadığını görürük. Demokratiyanı pozan, fərdi hüquq və azadlıqları hədəf alan dezinformasiyanın dağıdıcı təsirlərinə qarşı hamımız birlikdə mübarizə aparmalıyıq”, - deyə Türkiyə Prezidenti müraciətində vurğulayıb.

Sammit panel iclaslarla davam etdirilib.

Xatırladaq ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev təmsil edir.


SON XƏBƏRLƏR

26 Iyul 2024