• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şəmkirdə qadın hovuzda boğuldu - TƏFƏRRÜAT - YENİLƏNİB

HADİSƏ

02 Yanvar 2022 | 21:23 | Müəllif: Qalib İbrahimoğlu

Şəmkirdə qadın hovuzda boğuldu - TƏFƏRRÜAT - YENİLƏNİB

Şəmkir rayonunun Yeniabad kəndindəki istixanaların birinin hovuzunda boğulan qadının şəxsiyyəti və hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, bu, 1969-cu il təvəllüdlü Tatyana Əliyevadır.

Hadisə qadın istixananın hovuzunun yaxınlığından keçərkən baş verib. O, ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

***

20:33

Şəmkirdə intihar hadisəsi baş verib.

Bakıvaxtı.az-ın  APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yeniabad kəndində yerləşən istixanada qeydə alınıb.

52 yaşlı qadın özünü istixananın hovuzuna atıb. Qadının meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026