• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsveçdə daha üç nəfər dini kitabları yandırmaq istəyir

DÜNYA

05 Iyul 2023 | 21:20 | Müəllif: Subhan Mahmudov

İsveçdə daha üç nəfər dini kitabları yandırmaq istəyir

İsveçdə üç nəfər müqəddəs dini kitabları yandırmaq istəyir. Bununla bağlı polisə müraciətlər daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dailymail.co.uk” məlumat yayıb.

Bildirilib ki, onlardan biri 50 yaşlı qadındır. O, Qurani-Kərimi Stokholmda məscidin qarşısında yaxın günlərdə yandırmaq istəyir. Bir kişi iyulun 12-də İsveçin Helinsinqborq şəhərində dini mətnləri, başqa biri, 30 yaşlı kişi isə iyulun 15-də İsrailin İsveçdəki səfirliyinin binası qarşısında Tövrat və İncili yandırmağa hazırlaşır. O, bu addımını “söz azadlığının müdafiəsi simvolu” adlandırıb.

Qeyd edək ki, iyunun 28-də 37 yaşlı iraqlı mühacir Salvan Momikan Stokholmda məscidin qarşısında Qurani-Kərimi yandırıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR