• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

İsveçin Malidəki səfirinə ölkəni tərk etməli olduğu bildirildi

CƏMİYYƏT

09 Avqust 2024 | 16:53

İsveçin Malidəki səfirinə ölkəni tərk etməli olduğu bildirildi

İsveçin Malidəki səfiri Ukraynaya görə ölkəni tərk etmək zərurəti ilə bağlı məlumatlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, Stokholmun Ukrayna ilə əlaqələri kəsdiyi üçün Bamakoya yardımı kəsəcəyini açıqlamasından sonra İsveçin Malidəki səfirinə ölkəni tərk etmək barədə xəbərdarlıq edilib. 

"Xarici İşlər Nazirliyinə çağırılan İsveçin Bamakodakı səfiri, Beynəlxalq Əməkdaşlıq və Ticarət Nazirinin Mali ilə bağlı qeyri-dost bəyanatından sonra 72 saat ərzində ölkəni tərk etmək zərurəti barədə məlumatlandırılıb", - Xarici İşlər Nazirliyi vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Yanvar 2025