İtaliyada mövsümün sonunadək futbol yarışlarına azarkeşlərin buraxılması işləri həll edilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina danışıb. O “Football İtalia”ya açıqlamasında deyib:
“Azarkeşlərin tribunalara qayıtması prosesinə başlamaq istəyirik. İndi ümid edirik ki, tezliklə bunu etmək mümkün olacaq. Bütün qərarlar hökumətdə qalır, amma azarkeşləri Avropa çempionatına qaytarmaq üçün əla bir fürsətimiz var. Bəlkə də tamaşaçıların iştirakı ilə İtaliya Kubokunun finalı və bəzi digər yarışlara azarkeşlərin buraxılması iyuna qədər baş tutacaq”
Qeyd edək ki, İtaliya Avro-2020-də stadiona tribunalarının sayının 25 faizi nisbətində insan qəbul olunacağına təminat verib.(qol.az)
















