• Bakı C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Kallas: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini yanvarın sonunda müzakirə edəcək

DÜNYA

13 Yanvar 2025 | 00:49

Kallas: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini yanvarın sonunda müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları yanvarın sonunda Suriyaya qarşı sanksiyaların ləğvi imkanını müzakirə edəcəklər.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.

“Biz həqiqətən də o vaxtadək bunu edə biləcəyimizlə (sanksiyaların ləğvi – red.) bağlı qərar qəbul etmək imkanının yaranması üzərində işləyirik”, - o deyib.

Qeyd edək ki, Aİ XİN başçılarının bu məsələni müzakirə edəcəyi gözlənilən Aİ Şurasının Brüsseldə iclası yanvarın 27-nə planlaşdırılıb.

Kallas həmçinin sosial şəbəkədə paylaşım edərək, Aİ-nin sanksiyaların ləğvini deyil, “yumşaldılmasını nəzərdən keçirəcəyini” açıqlayıb, lakin bunun nə vaxt baş verə biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, daha əvvəl Avropanın baş diplomatları Aİ-nin Suriyanın yeni iqtidarındn ilk növbədə ölkə ərazisindəki Rusiya bazalarının bağlanmasını tələb edəcəyini bəyan etmişdilər.


SON XƏBƏRLƏR

12 Yanvar 2025
11 Yanvar 2025