• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Metapnevmovirusu necə müəyyən etmək olar?

CƏMİYYƏT

12 Yanvar 2025 | 01:10

Metapnevmovirusu necə müəyyən etmək olar?

Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir.

Bakıvaxtı.az xəbər verir ki, əsas simptomları öskürək, hərarət, burun tutulması və yorğunluq olan virusa yoluxma halları bir sıra ölkələrdə artıb. Qonşu Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Milli Mərkəzi də son həftələrdə qripin müxtəlif növlərinə yoluxma hallarının artdığını açıqlayıb.

Səhiyyə üzrə ekspert, Gürcüstanın Mərkəzi Respublika Xəstəxanasının həkimi Maka Beluaşvili metapnevmovirusun COVID-19-dan fərqini izah edib: "COVID-19 dünyada yeni virus növü olduğundan onunla mübarizə aparmaq olduqca çətin oldu. Metapnevmovirus isə yeni deyil. Bu barədə bütün səhiyyə işçiləri məlumatlıdırlar və müalicə-profilaktika tədbirləri bəllidir. Vətəndaşlara tövsiyə edirəm ki, mövsümi virusların geniş yayıldığı bu aylarda yüksək hərarət, boğaz ağrısı, öskürək kimi əlamətlər bir neçə gün davam edərsə, mütləq həkimə müraciət etsinlər".


SON XƏBƏRLƏR

11 Yanvar 2025