Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində məlumat verib.
“Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın aviasiya bombası atıb və 600-dən çox PUA ilə hücum edib. Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”, - Zelenski bildirib.