• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Suriyada təhsil pulsuz olacaq

DÜNYA

12 Yanvar 2025 | 22:45 | Müəllif: Subhan Mahmudov

Suriyada təhsil pulsuz olacaq

Prezident Bəşər Əsədin devrilməsindən sonra ölkəni idarə edən Suriya hakimiyyəti respublikada təhsili pulsuz etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Hökumət təhsilin pulsuz olmasına çalışır. Bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, - deyə ölkənin Təhsil Nazirliyinin rəhbəri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026