Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***09:28
Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 08:50
Sumqayıtda avtomobildə naməlum şəxsin yanmış meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
"KIA" markalı maşında yanaraq ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.





jpg-1739280111.webp)
jpg-1739275716.webp)









