• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

38 min manat pul ələ keçirib saxlanıldılar

HADİSƏ

11 Fevral 2025 | 14:21

38 min manat pul ələ keçirib saxlanıldılar

Vətəndaşların 38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyindən məlumat edib.

Bildirilib ki, paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb. 


SON XƏBƏRLƏR

11 Fevral 2025