Baykal gölü bu il çox güman ki, buz bağlamayacaq. Gölün həm şimal, həm də cənub hissələrində buz yalnız fasilələrlə müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, gölün şimal hissəsində yalnız 5-7 km məsafədə buzlaşma var, mərkəz hissəsi isə açıqdır.
Gölün bu il buz bağlamamasına səbəb kimi qışda anomal istilər göstərilir.