• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yanğınların səbəbi iqlim dəyişikliyi deyil - Mask

DÜNYA

12 Yanvar 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

Yanğınların səbəbi iqlim dəyişikliyi deyil - Mask

Kaliforniyanın Los-Anceles şəhərində yanğınların yayılmasının əsas səbəbi iqlim dəyişikliyi deyil, hakimiyyət orqanlarının səhlənkarlığıdır.

Bakıvaxtı.az Publika.az-a istinadə xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər iqlim dəyişikliyi ilə bağlı izahatlar doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda iki dəfə çox ev yanğınları baş verərdi", - deyə sahibkar bildirib.

O qeyd edib ki, Kaliforniya ştatının hakimiyyət orqanları təbii yanğınlara hazır deyil:

"Bölgədə yanğından mühafizə vasitələri və kifayət qədər su ehtiyatı yox idi".

Mask əmindir ki, bu, dəhşətli səhlənkarlığın təzahürüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026