• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kamal Abdullaya yeni vəzifə VERİLDİ

CƏMİYYƏT

27 Oktyabr 2024 | 22:15 | Müəllif: Subhan Mahmudov

Kamal Abdullaya yeni vəzifə VERİLDİ

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullaya yeni vəzifə verilib.

Bakıvaxtı.az modern.az-a istinadla xəbər verir ki, professor Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin üzvü təyin edilib.

Qeyd edək ki, Redaksiya heyəti Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin edir.

Redaksiya heyətinin qarşısında duran məqsəd müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemi və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etməkdir.

Qeyd edək ki, Kamal Abdulla 2017-ci ildən ADU-nun rektorudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026