• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

SİYASƏT

18 Iyun 2025 | 09:41

Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.

Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Qeyd edək ki, ötən gün Gədəbəy və Lerik rayonunun prokurorları da dəyişdirilib. Prokurorluq orqanlarında bu kimi islahatların davam edəcəyi gözlənilir.


Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026