• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kanadada bataqlıqda 6 cəsəd tapıldı

DÜNYA

31 Mart 2023 | 17:15 | Müəllif: Qalib İbrahimoğlu

Kanadada bataqlıqda 6 cəsəd tapıldı

Kanadanın ABŞ sərhədinə yaxın, Kvebek əyalətində bataqlıq ərazidə 6 cəsəd tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bataqlıq ətrafında tapılan cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün iş başlanılıb.

Bu şəxslərin necə öldürüldüyünü müəyyən etmək üçün yarılma nəticələri gözlənilir. Cəsədlərin sərhədi keçmək istəyən qeyri-qanuni miqrantlara aid olub-olmadığı araşdırılır.

ABŞ prezidenti Co Bayden və Kanadanın baş naziri Castin Trüdo quru sərhədini keçən qeyri-qanuni miqrantların Birləşmiş Ştatlara qaytarılması ilə bağlı razılığa gəliblər.

İki ölkə liderləri tərəfindən imzalanan razılaşmaya əsasən, Təhlükəsiz Üçüncü Ölkə Müqaviləsinə əlavə olaraq, əsasən Nyu-Yorkun şimalından Kvebekə gələn qeyri-qanuni miqrantların bu gündən etibarən ABŞ polisinə təhvil verilməsi qərara alınıb.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026