Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb: “Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G. İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”.
16 Oktyabr, 22:14
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Mağrasa bağı adlanan yaşayış massivində qeydə alınıb.
2002-ci il təvəllüdlü Pərvanə İsmayılova qolunun və qarnın müxtəlif hissələrinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Pəevanə İsmayılovanın keçmiş əri Vüsal Rzayev tərəfindən bıçaqlandığı ehtimal olunur (apa).
Faktla bağlı araşdırma aparılır.
















