• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məhkuma telefon keçirmək istəyərkən yaxalandı

HADİSƏ

16 Noyabr 2022 | 09:49

Məhkuma telefon keçirmək istəyərkən yaxalandı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gəlmiş qardaşı Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin yan cibində 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR