• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULDU

HADİSƏ

15 Dekabr 2022 | 22:47 | Müəllif: Subhan Mahmudov

Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULDU

Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR