• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Siyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

HADİSƏ

15 Dekabr 2022 | 15:18

Siyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qəzada ölən 5 nəfər aşağıdakılardır:

1. 1986-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin

3. Yasamal rayon sakini Musayev İlqar

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Alik Yusif oğlu

5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin isə kimliyi dəqiqləşdirilir.

Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir. /Report

 

11:58

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Dəqiqləşdirildi, xəsarət alan şəxs ölməyib", - nazirlikdən bildirilib.

 

11:54

Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 7 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, idarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev  bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə hər iki sürücü və daha 5 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır. /Report

 

11:42

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

11:15

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az  bu barədə Reporta istinadla bildirir.

Məlumata görə, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

10:43

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.


Siyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİBSiyəzəndəki qəzada ölənlərdən beşinin kimliyi MƏLUM OLDU - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR