• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

3 nəfər dəm qazından zəhərləndi -  Ölən var

HADİSƏ

14 Yanvar 2023 | 10:26

3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR