• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Keçmiş məhkumlardan 2 kq marixuana götürüldü

HADİSƏ

12 Yanvar 2023 | 09:56

Keçmiş məhkumlardan 2 kq marixuana götürüldü

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələr və həb aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Keçmiş məhkumlardan 2 kq marixuana götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR