• Bakı 24° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Kəmaləddin Heydərov ərəblərlə ovda - FOTOLAR

CƏMİYYƏT

27 Mart 2021 | 22:35

Kəmaləddin Heydərov ərəblərlə ovda - FOTOLAR

Qax rayonunun Acınohur ərazisində ərəblərin qanunsuz ov etməsi geniş müzakirələrə səbəb olub. Qanunsuz ov ovlayan ərəbləri Azərbaycana qonaq çağıran nazirin adı məlum olub.

Sözügedən ərəb turistlər Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.

O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın qohumları və dostları da Azərbaycana tez-tez təşrif buyurur.
Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər.

Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb(Unikal/org).


Kəmaləddin Heydərov ərəblərlə ovda - FOTOLARKəmaləddin Heydərov ərəblərlə ovda - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026