İraqın Kərbəla şəhər bələdiyyəsinin başçısı Abir əl-Hafaci sui-qəsd nəticəsində öldürülüb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, merin şəhərdəki qanunsuz tikililərin sökülməsi kampaniyası çərçivəsində aparılan işlər zamanı hücuma məruz qaldığı bildirilib.
Hafacinin kim və ya kimlər tərəfindən öldürüldüyü açıqlanmayıb.
Polis hadisə yerində araşdırma aparır.
















