• Bakı 26° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Saxta ƏDV saytı yaradılıb - XƏBƏRDARLIQ

İQTİSADİYYAT

13 Avqust 2024 | 14:30

Saxta ƏDV saytı yaradılıb - XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb.

Bakıvaxtı.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.


SON XƏBƏRLƏR

31 May 2025