Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampı ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməməyə çağırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Petro Trampın sağçı namizəd Abelardo de la Espriellaya açıq dəstəyini tənqid edərək bunu seçki prosesinə müdaxilə kimi qiymətləndirib. O, Kolumbiya qanunvericiliyinin xarici siyasi və maliyyə dəstəyini qadağan etdiyini vurğulayıb.
Petro həmçinin bildirib ki, seçkilərin nəticəsindən asılı olmayaraq, ABŞ-la əməkdaşlıq davam edəcək.
Tramp isə Abelardo de la Espriellaya tam dəstək verdiyini açıqlayaraq, onun prezident seçiləcəyi təqdirdə ölkə iqtisadiyyatını gücləndirəcəyinə inandığını bildirib.
Şəbnəm Ələsgərzadə,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakı 



