• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Körfəz ölkələrindən 370 milyon dollar

DÜNYA

15 Fevral 2023 | 15:57

Körfəz ölkələrindən 370 milyon dollar

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra dünyadan həmrəylik davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Bəhreyn və Omanda rəsmi orqanlar və xeyriyyə təşkilatları zəlzələlərdən sonra yardım kampaniyalarına başlayıb.

Körfəz ölkələrində Türkiyə və Suriyada təbii fəlakətdən zərər çəkənlər üçün bir həftə ərzində toplanan yardım 370 milyon dolları keçib. Digər tərəfdən Macarıstanın axtarış-xilasetmə qrupu köməyə gələn ilk ölkələrdən biri olub. Məlum olub ki, ictimai diplomatiya və əlaqələr üzrə dövlət naziri Zoltan Kovaçın qızı İlka da həmin komandada olub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026