• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Bir ay əvvəl itkin düşən ana və oğlunun meyiti tapıldı

DÜNYA

17 Mart 2023 | 09:14

Bir ay əvvəl itkin düşən ana və oğlunun meyiti tapıldı

Belçikada bir ay əvvəl əri ilə mübahisə edərək 5 yaşlı oğlu ilə evdən çıxan Fatma Bayramın meyiti Hollandiya sərhədində çaydan tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı Fatma Bayramın əri onun itkin düşdüyünü bildirmək üçün həmin gecə polis bölməsinə getdikdən sonra avtomobili yaxınlıqdakı şəhərin Maas çayının sahilində tapılıb.

Onun mobil telefonu və açarları maşında olsa da, Fatma Bayram və 5 yaşlı oğlunun izi tapılmayıb.

Belçika rəsmiləri ərazidə geniş axtarış əməliyyatına başlayıb. Qayıqların, dalğıcların və xüsusi təlim keçmiş itlərin iştirak etdiyi əməliyyat-axtarış tədbirləri zamanı Nailin cəsədi səhər saatlarında sudan tapılıb.

Uşağın boğularaq öldüyü müəyyən edilib.

Nuranə


Bir ay əvvəl itkin düşən ana və oğlunun meyiti tapıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR