Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıda qayıdıdlar.
Bakıvaxtı.az xəbər verir ki, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş eidb.
Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimayyəti qarşılayıb.
15:44
"Azərbaycan nümayəndə heyəti Ermənistanı tərk edərək Gürcüstana daxil olub".
Bakıvaxtı.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, Tbilisidən Bakıya uçacaq təyyarə idmançılarımızı bu axşam Vətənə çatdıracaq.
15:02
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər”.
Bakıvaxtı.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.
















