• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tiflisdə Rusiya əleyhinə aksiya keçirilir

DÜNYA

15 May 2023 | 21:12 | Müəllif: Subhan Mahmudov

Tiflisdə Rusiya əleyhinə aksiya keçirilir

Tiflisdə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilir.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, mitinq iştirakçıları Moskvanın birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırmaq və gürcülər üçün viza rejimini ləğv etmək qərarına Gürcüstan hakimiyyətinin müsbət reaksiyasını tənqid ediblər.

Onlar ölkə rəhbərliyindən Tiflis ilə Moskva arasında tezliklə başlanacağı gözlənilən birbaşa reyslərə qadağa qoyulmasını tələb edirlər.

Etiraz aksiyası parlament binasının arxasında keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR