Rusiyanın Krasnodar beynəlxalq hava limanında gediş və gəliş üzrə ümumilikdə 34 reys gecikir.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, kütləvi gecikmələrə səbəb "Rosaviasiya"nın uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlərdir. Onlayn tabloya əsasən, hazırda çıxış üzrə 15, giriş üzrə isə 19 reys təxirə salınır. Yubanmalar əsasən Moskva, Sankt-Peterburq, İstanbul, Antalya, Daşkənd və Tbilisi istiqamətlərini əhatə edir.
Qeyd edək ki, təhlükəsizlik tədbirləri çərçivəsində regionun digər hava limanlarında - Soçi və Gelencikdə də uçuşlara oxşar məhdudiyyətlər qoyulub.
Zeynəb Rzayeva
Bakı 



