ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, çətin bu bəyanatlar Rusiya Prezidentini zəiflətsin. Kremlin sözçüsü onu da əlavə edib ki, ABŞ Prezidenti Co Bayden özünü “Hollivud kovboyu” tərzində aparmağa çalışır.
O, Baydeni Putin haqqında söylədiyi sözlərə görə biabır edib və vurğulayb ki, Rusiya Prezidenti heç vaxt özünə belə təhqirlərə icazə verməz.
















