• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

KTMT Tacikistanda təlim keçirəcək

DÜNYA

16 Noyabr 2021 | 00:08 | Müəllif: Subhan Mahmudov

KTMT Tacikistanda təlim keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) noyabrın 17-19-da Tacikistanda təlim keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Tacikistanın Fəxrabad poliqonunda xüsusi təyinatlı qüvvələrinin iştirakı baş tutacaq təlim “Kobalt-2021” adı altında baş tutacaq. Təlimdə Rusiya hərbi kontingentini Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı dəstəsinin və 201-ci hərbi bazanın kəşfiyyat batalyonunun hərbçiləri təmsil edir.

Rusiya tərəfdən təlimə ümumilikdə 60-a yaxın hərbçi və on hərbi texnika, o cümlədən 201-ci hərbi bazanın iki Mi-8MTV5-1 helikopteri cəlb olunacaq.

Təlimin məqsədi kollektiv təhlükəsizlik regionlarında birg əməliyyat-döyüş tədbirlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır. Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın öz sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir (Mərkəzi Hərbi Dairənin bir hissəsidir - Red). İki şəhərdə - Düşənbə və Boxtarda yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026