Böyük Britaniyada son sutka ərzində 78 610 nəfər koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb. Qeyd olunub ki, bu, Britaniyada pandemiyanın başladığı andan etibarən sutka ərzində qeydə alınan ən yüksək göstəricidir. Bununla da koronavirusa yoluxanların ümumi sayı 11 010 286 nəfərə çatıb.
Son 24 saatda ölkədə 165 nəfər COVID-109-dan ölüb. Britaniyada bu virusdan ölənlərin ümumi sayı 146 791 nəfərə çatıb.
Məlumata görə, 4671 nəfər isə son sutka ərzində “Omicron” ştamına yoluxub. Bununla da koronavirusn son stamına yoluxanların ümumi sayı 10 017 nəfərə çatıb.
















