• Bakı C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Kürdə batan 13 yaşlı qız imiş...

HADİSƏ

25 Dekabr 2024 | 10:02

Kürdə batan 13 yaşlı qız imiş...

Xəbər verdiyimiz kimi, ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, çayda batan şəxsin kimliyi bəlli olub.

Belə ki, 2001-ci il təvəllüdlü, Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Kərimli Saray Sarvan qızı ötən gün, saat 08-də məktəb yoldaşına bildirib ki, Kür çayına gedir, bunu məktəbdə psixoloqa deyərsən. Lakin oraya hansı məqsədlə getməsini bildirməyib. Sarayın məktəb yoldaşı N.A bu barədə məktəbin direktoru və psixoloquna məlumat verib.

Daha sonra isə hadisə ilə bağlı sahə polis nəfərinə bildirilib.

Hazırda FHN-nin aidiyyəti qurumları hadisə yerinə cəlb olunmaqla Saray Kərimlinin meyitinin Kür çayında batması ehtimalı əsasında axtarış-xilasetmə işləri aparılır.


SON XƏBƏRLƏR