Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Lavrov 10-11 may tarixlərində Azərbaycana səfər edəcək. Mayın 5-6-da isə Rusiya XİN rəhbəri Ermənistanda səfərdə olacaq.
















