• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Lavrov Kubaya  səfər etdi

DÜNYA

20 Aprel 2023 | 12:32

Lavrov Kubaya səfər etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubaya işgüzar səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi “Telegram” kanalında yazıb.

Qeyd olunub ki, Rusiya XİN rəhbəri Kuba səfərindən öncə Nikaraquada səfərdə olub və orada xarici işlər naziri Denis Monkada və Nikaraqua Prezidenti Daniel Orteqa ilə görüşüb.

Görüş zamanı tərəflər Rusiya ilə Nikaraqua arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlıq layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Nazirliyin məlumatında deyilir ki, Rusiya XİN rəhbərinin Kuba səfəri onun Latın Amerikası turunda sonuncu səfər olacaq.

Xatırladaq ki, Lavrov Nikaraqua və Kuba ilə yanaşı, Braziliya və Venesuelaya da səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026