• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Lənkəranda qəzada 3 nəfər xəsarət aldı

HADİSƏ

28 Mart 2024 | 15:40

Lənkəranda qəzada 3 nəfər xəsarət aldı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. "Tofaş" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən, ötmə əməliyyatı aparmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəzada 2 nəqliyyat vasitəsi əzilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Liman şəhər sakini - 2001-ci il təvəllüdlü İsa Vasif oğlu Adıgözəlov, 2003-cü il təvəllüdlü Fərhad Akif oğlu Həsənov və 2003-cü il təvəllüdlü Mülayim Vüqar oğlu Səlimov Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıblar.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024