• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Limon qabığı xərçəngi riskinin qarşısını alır

CƏMİYYƏT

24 Oktyabr 2022 | 01:35 | Müəllif: Qalib İbrahimoğlu

Limon qabığı xərçəngi riskinin qarşısını alır

Çox vaxt limon qabığını faydasız sayaraq atırıq. Ancaq limonun özü qədər qabığının da faydalarını saymaqla bitməz.

Bakıvaxtı.az tibbi saytlara istinadən limon qabığının saysız faydalarını təqdim edir:  

Limon qabığı ilk növbədə dəri Araşdırnalarda limon qabığında olan "D-limonene" adlı maddənin dəriyə çox güclü təsiri olduğu sübut edilib. Limon qabığındakı bu maddə şişin inkişafına maneə yaradaraq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan bir komponentdir.

Ürəyi rahatladır: Limon qabığı eyni zamanda sinir sisteminə müsbət təsir edər, bakteriyaları öldürür və ürəyi rahatladır. Araşdırmalardan biri sübut edib ki, limon qabığı qadınların yumurtalıq xərçəngi riskini də aşağı salır. Limon qabığının bu xüsusiyyəti tərkibində olan polifenol maddəsindən qaynaqlanır.

Qaraciyərə faydalıdır: Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün əvəzedilməzdir. Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırar və bəlğəm sökdürücü təsiri vardır.

Limon qabığı, C vitamini əskikliyinə bağlı olaraq yaranan bir növ qanayan diş əti xəstəliyi olaraq bilinən skorbut xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Limonda və qabığında olan C vitamini sayəsində skorbut yaranmır.

Qaraciyərdə yağlanmanı azaldır. Belə ki, pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində limon qabığı ümumi xolesterol səviyyəsini, trigliserid səviyyəsini və qaraciyər yağlarını azaldır.

Yüksək antioksidan qabiliyyəti sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirir. Bundan əlavə, limon qabığı antioksidan xüsusiyyətlərini göstərən yüksək vitamin C qabiliyyəti sayəsində DNT-nin zədələnməsinin qarşısını alır.

Sinirləri sakitləşdirir: Ürək xəstəlikləri və xərçəngin qarşısını almaqda faydalıdır. Xüsusilə dəri xərçənginə qarşı bir qalxan meydana gətirir. Dərini gözəl, təravətli edir və sinirləri sakitləşdirmək xüsusiyyətinə də malikdir.

Bağırsaqları qoruyur: Limon qabığında olan pəhriz lifi bağırsaq funksiyalarını və bağırsaq sağlamlığını qoruyur. Bundan əlavə, limon qabığının tərkibindəki pektin də qəbizliyin qarşısını alır.

Hüceyrə zədələnməsinin qarşısını alır: Yüksək antioksidan qabiliyyəti sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirir. Bundan əlavə, limon qabığı antioksidan xüsusiyyətlərini göstərən yüksək vitamin C qabiliyyəti sayəsində DNT-nin zədələnməsinin qarşısını alır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026