Malavi vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Məlumata görə, iyunun 10-da vitse-prezident Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.
Bildirilib ki, təyyarə radarlardan itdikdən sonra səlahiyyətlilər onunla əlaqə yaratmağa bir neçə dəfə cəhd etsə də, cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, Malavi Cənub-Şərqi Afrikada dənizə çıxışı olmayan bir ölkədir. Dövlət Tanzaniya , Zambiya və Mozambik ilə həmsərhəddir.
Mina Mikayılova