• Bakı 11° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

Masallıda QƏTL: saxlanılan var - YENİLƏNİB

HADİSƏ

26 Noyabr 2024 | 13:32

Masallıda QƏTL: saxlanılan var - YENİLƏNİB

Masallıda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Sirus Mehdiyev isə Samux rayon sakinləridir. Onlar Masallıya parnik qurmaq üçün gediblər. Onların ötən gecə kirayə qaldıqları evdə spirtli içki qəbul edib, daha sonra mübahisə etdikləri bildirilir. Mübahisə zəminində bıçaqlanma olub, Sirus Mehdiyev çoxlu qan itirməsi nəticəsində ölüb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    ***

    09:07

    Masallıda 40 yaşlı şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd edilib ki, noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

    İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.


    SON XƏBƏRLƏR