• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Masallıda qəza - Xəsarət alan var

HADİSƏ

02 Aprel 2021 | 09:32

Masallıda qəza - Xəsarət alan var

Masallı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə “İstisu” sanatoriyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Vəliyeva Firəngiz Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə göndərilib.

Müayinə zamanı ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026