• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Masallıda yas mərasimi - 7 nəfər cərimələndi

CƏMİYYƏT

17 Aprel 2021 | 11:33

Masallıda yas mərasimi - 7 nəfər cərimələndi

Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.

Yas mərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026