• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Maşınla vurulan velosipedçi xəstəxanada öldü

HADİSƏ

08 Mart 2021 | 18:14

Maşınla vurulan velosipedçi xəstəxanada öldü

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, martın 6-da saat 17 radələrində Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub.

Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026